Ermənistanın məğlubiyyəti ilə bağlı gizli söhbətin audioyazısı yayılıb
İnternetdə Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Arutunyan və komandir Ruslan İsrailyanın telefon danışığının audioyazısı yayılıb.
İsrailyan Ermənistan KİV-lərinə verdiyi müsahibədə səs yazısının mətbuata sızdığına görə təəssüfünü ifadə edərək, həqiqiliyini təsdiqləyib.
Danışığın məzmunu belə olub:
-Ruslan: İstənilən halda bunu televiziyada deməməliydim.
-Araik: Əksinə! Qoy onlar bilsinlər, ağıllansınlar və bir neçə saat ərzində müharibəni dayandırsınlar. Bəsdir bu dövlətin kələkbazlıqları. Gözləyək ki, Stepanakerti (Xankəndini nəzərdə tutur-red.) götürsünlər?
Ruslan: Ara, əgər onlar oradan sənə mane olurlarsa, biz gedib onlarla haqq-hesab çəkək, məsələni həll edək. Onlar da Qarabağ istəyirsə, gedək hamısının başını kəsək.
Ruslan: Onlara izah edin. İzah edin ki, biz ora gəlsək hamısının başını kəsəcəyik – Nikolun, arvadının, hamısının.
Araik: Bu gün mən ona dedim ki, mənə adamlar ver, Stepanakerti müdafiə edim.
Ruslan: O, adamları verir?
Araik: Tamamilə 26 mənasızı.
Ruslan: Onik nə deyir? (Ermənistan SQ-nin baş qərargah rəisi Onik Qasparyanı nəzərdə tutur-red.)
Araik: (26 ilə bağlı davam etdirir) Bu gün öndən vurub arxadan çıxa bilirlər. (Oniklə bağlı cavab verir) Nə?
Ruslan: 26-da bizim adamlar var?
Araik: Bizim orada 42 nəfərimiz var. 42 nəfərlə necə müqavimət göstərə bilərsən? Biabırçı vəziyyətdir.
Ruslan: Əsas artilleriyadır. Onların haradan gəldiklərini öyrənib başını qatmaq olar. Piyada ilə müdafiə olunmaq çətindir.
Araik: Onlar artıq Şuşaya çatıblar. Artilleriyanı harada istifadə edəcəyik? Döyüşərək Şuşaya çatdılar.
Ruslan: Mən dünən zəng etdim, dedim bir kalon qalxır, Zarıslı tərəfə döndülər, birbaşa Şuşaya qalxdılar. Amma hamı susur, heç kim heç nə etmir.
Araik: Ara, mən artıq 40 dəfə demişəm, yoxdur, qurtardı. Heç nə yoxdur, hər şey bitdi.
Araik: Mən nə edə bilərm. Artilleriya yox, heç nə yox. Mən nə etməliyəm? Qoy özləri Stepanakertə getsinlər və desinlər ki, nə üçün deməmisiniz? Biz hamımız həyəcanlıyıq, bütün millət həyəcanlıdır.
Kimsə kənardan: Ara yazma, denən yazmasın. Belə şeyləri yazmaq olmaz.
Ruslan: Qısası, görsən kimsə sənə mane olur, mənə xəbər ver.
Araik: Mən sənə sonra yenə zəng edəcəm.
Ruslan: Mən yuxarıdayam, yaxşı.
Araik: Oldu, mütləq deyəcəm. Hələlik.
Ruslan: Hələlik.
Cebhe.info