
Gənc icra başçısının AİLƏ BİZNESİ: Gədəbəy dağlarında bulaq zəbt edib, vətəndaşlara su satır - FOTO
Busaat.az
xəbər verir ki, bu barədə məlumatı xaricdə yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli yayıb.O, iddia edib ki, keçmiş deputat və sabiq rektor Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə evli olan icra başçısı həyat yoldaşının adına “DAŞLI BULAQ -A” Məhdud Məsuliyyətli Cəmiyyəti qeydiyyatdan keçirib və Gədəbəyin dağlarında özünə böyük bir bulaq zəbt edib.
Jurnalist qeyd edir ki, həmin bulağın suyu 18 kilometr məsafədən yoğunluğu 1 metrlik borularla gətirilir. Bundan sonra, icra başçısınını rayonda açdığı “Daşlı Bulaq” qablaşdırma müəssisəsində qablaşdırılır.
























