Gənc qızdan ata və anasına qarşı DƏHŞƏTLİ ƏMƏL: balta ilə… – qandonduran TƏFƏRRÜAT

image-924384backend

Endryu və Ebbi Bordenin qanlı qətli haqda xəbər Foll-River şəhərciyini (Massaçusets ştatı, ABŞ) lərzəyə gətirir. 125 il əvvəl baş vermiş dəhşətli hadisə o vaxtdan bu günə qədər amerikalılara rahatlıq vermir.

Busaat.Az bildirir ki, faciə ailənin evində baş verib: ailənin kiçik qızı Lizzi valideynlərini mənzildə ölü olaraq aşkarlayır. Bu zaman əsas şübhəli də məhz özü olur…

“Lizzi Borden” adı kriminalistika sahəsində artıq çoxdan xüsusi isim kimi hallanır. Silsilə ağıllı manyakları bəzən belə adlandırırlar. Məlumdur ki, Lizzinin günahı məhkəmədə sübut olunmayıb, uzun sürən araşdırmalardan sonra o, bəraət alır. Amma bir çoxları indiyədək əmindir ki, məhz o, doğma atası və ögey anasını balta ilə doğrayaraq vəhşicəsinə qətlə yetirib.

Bütün bunlara baxmayaraq, Lizzi ömrü boyu Foll-Riverdə yaşadı. O, heç vaxt ərdə olmadı, yerli sakinlər ondan çəkinirdilər və 66 yaşında sətəlcəmdən öldü.

Demək olar ki, hər il qəzetlər bu hadisə haqda məlumatlar dərc edir, yeni versiyalar gündəmə gətirir.

Dəyərli oxuculara yəqin məlumdur ki, ABŞ kriminalistikasında belə bir məsələ var: hər hansı bir kriminal hadisə əgər şübhəli olaraq qapandısa, deməli o, de-yure qapanmış sayılmır. Hadisəni araşdıran müstəntiqlərin yerinə yeniləri gəldikcə, yeni tapıntılar, yeni versiyalarla bu və ya digər olayı yenidən gündəmə gətirirlər.

Lizzinin uşaqlıq və gənclik illəri rahat keçib, onun xarakteri təmkinli idi, qız dindarlığı ilə seçilirdi və xristian icmasına kömək edirdi. Bəlkə, məhz bu amil, hakimlərin ona qarşı iltifatlı münasibətlərinə səbəb olub. Eyni zamanda, onun valideynlərilə münasibətlərini yaxşı hesab etmək də olmazdı: onun, xəsis, milyonçu atasından açıq-aşkar xoşu gəlmirdi, eləcə də qorxurdu ki, atası bütün varidatını ikinci arvadına, Lizzinin ögey anasına vəsiyyət edəcək.

Bundan başqa, qızın atasına qarşı gizlin incikliyi var idi. Məsələ burasındadır ki, onun xobbilərindən biri göyərçin bəsləmək idi, zaman-zaman digər məhlələrdən gənc oğlanlar göyərçinlərə tamaşa etmək üçün Lizzigilə axışardılar. Atasının bu vəziyyət xoşuna gəlmirdi və bir dəfə o, bütün quşları balta ilə doğrayır. Hadisə o qədər təsirli olur ki, bundan sonra Lizzi valideynlərin evini tərk edir.

O, bir müddət sonra qayıdır, və qayıdandan bir neçə gün sonra isə evdə, Bordenlərin balta ilə doğranaraq öldürülən meyitlərini aşkar edir. Hadisə yerinə polislər gəlləndən sonra, qız sakitcə danışırdı ki, o, ev işləri ilə məşğul olurdu, bu zaman qəribə səslər eşidir, səs gələn otağa daxil olur və atasını, qanı axaraq, çırpındığını görür.

Baxmayaraq ki, evdə Lizzidən və qulluqçu qadından başqa heç kim olmayıb, polis qıza şübhəli gözü ilə baxmağa tələsməyib. Lizzi ertəsi gün öz paltarını yandırır. Bunu, faciə günü onunla bir yerdə gecələməyə qalan rəfiqəsi sonradan danışıb. Beləliklə, ona qarşı birbaşa dəlil, demək olar ki, yox idi. Bir detal da var ki, Lizzi qətl ərəfəsində güclü zəhər almaq üçün aptekə gəlib, amma əczaçı ona zəhər satmayıb.

Məhkəmə prosesi zamanı Lizzinin birdən-birə 3 ən yaxşı vəkili var idi, məhkəmə kollegiyası ona bəraət qərarı qəbul edir. Bəraət alandan sonra Lizzi valideynlərinin evini satır, yeni ev alır və doğma bacısı ilə birlikdə ora köçür. Bu qısa icmaldan aydın olur ki, niyə 125 ildir bu cinayət arxivə atılmır. Bu qədər şübhənin içində təbii ki, kriminalistləri bu cür bəraət heç cür qane etmir. Onlar hər dəfə yeni, tutarlı detal axtarmağa çalışırlar.Milli.Az

image-1 image-2 image-3

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki