Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 455 $▼0.39%
  • Ethereum2 349 $▼0.28%
  • S&P 5007 624▼0.52%
14°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
Hadisə

Gəncədə çapacaqla quldurluq edən ələ keçdi – FOTO

image-fotojet-2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami Rayon Polis İdarəsinin (RPİ) və “Təhlükəsiz şəhər” Xidmətinin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisələrini törədən şəxsin kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, RPİ-yə mart ayının 1-də bir nəfər maskalı, naməlum şəxsin əlində çapacaqla şəhər ərazisindəki çörək bişirmə məntəqələrindən birinə basqın edərək, oradakı pul kassasından 95 manat pulu götürərək hadisə yerindən uzaqlaşması barədə məlumat daxil olub.

Polis əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz İsmayılov saxlanılıb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticə M. İsmayılovun daha bir analoji cinayət hadisəsini törətməsi aşkar edilib.

Belə ki o, mart ayının 8-də əlində eyni çapacaq və oyuncaq tapança ilə şəhər ərazisindəki marketlərdən birinə yaxınlaşaraq satıcıdan pul tələb edib, lakin satıcının müqaviməti ilə qarşılaşdıqda hadisə yerindən qaçaraq uzaqlaşıb.

34 yaşlı Mübariz İsmayılov maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı törətdiyi cinayət hadisəsini etiraf edən M. İsmayılov barəsində ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Oxu.az

image-1615621544190_fzffjzdu image-1615621543309_3tbsnwqt image-1615621544717_eejmey8v image-1615621543773_dymapyjq

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=40118