Gəncədə mənzildə partlayış – 1 ölü, 1 yaralı

image-7af94470-6cda-3c2d-aa1a-6aabadd94d8c_850jpeg-1747041401backend

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, F.Əmirov küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.

Busaat.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 36 m² olan mənzildə baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birotaqlı mənzildə baş vermiş yanğın genişlənməsinə, həmçinin digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, bir nəfər ölüb.

FHN-in qüvvələri tərəfindən, həmçinin hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

13:04

Gəncədə mənzildə partlayış olub.

Busaat.az APA-ya istinadən xəbər verir ki, şəhərdə 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində mənzildə anidən partlayış olub.

İlkin məlumata görə, 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki