SENSASİYA! Putinlə bağlı ŞOK məlumat yayıldı – Vəziyyəti pisdir, lakin…

image-russian-president-putin-meets-with-members-of-the-delovaya-rossiya-business-russia-national-public-organisation-in-moscowbackend

Rusiyanın Ukraynadakı hərbi kampaniyası ciddi problemlərlə üzləşib və hazırda cəbhədə irəliləyiş templəri son iki ilin ən aşağı səviyyəsinə düşüb. “The Wall Street Journal” (WSJ) nəşrinin hərbi ekspertlərin rəylərinə istinadən hazırladığı təhlildə bildirilir ki, Ukrayna ordusu son aylarda həm taktik, həm də texnoloji üstünlük əldə etməyi bacarıb.

Busaat.az xəbər verir ki, materialda Rusiyanın hərbi cəhətdən çətin vəziyyətdə olduğu, lakin bunun hələlik Kreml rəhbərini geri addım atmağa məcbur edəcək həddə çatmadığı vurğulanır: “Rusiyanın işləri pis gedir, lakin Putini planlarından əl çəkməyə məcbur edəcək qədər pis deyil”.

Məqalədə qeyd olunur ki, hazırda Rusiya ordusunun cəbhədəki itkiləri hər ay on minlərlə hərbçi təşkil edir. Ukraynanın əldə etdiyi üstünlüyün əsas hərəkətverici qüvvəsi isə daxili istehsal olan orta mənzilli dronlardır. Bu pilotsuz aparatlar Rusiyanın dərin arxa cəbhəsindəki logistika qovşaqlarını, qərargahları, Hava Hücumundan Müdafiə (HHM) və idarəetmə sistemlərini effektiv şəkildə sıradan çıxarır. Hərbi analitik Rob Linin (Rob Lee) sözlərinə görə, “Rusiyanın bu cür məsafələrdə cavab zərbələri endirməsi getdikcə daha da çətinləşir”.

Digər tanınmış hərbi ekspert Frans-Ştefan Qadi (Franz-Stefan Gady) isə hesab edir ki, Ukrayna hazırda bir çoxlarının gözlədiyindən daha güclü mövqedədir. Lakin o, müharibənin qarşılıqlı adaptasiya (uyğunlaşma) dövrlərindən ibarət olduğunu xatırladaraq əlavə edib: “Əsas sual Rusiyanın Ukraynanın bu texnoloji sıçrayışına qarşı hansı cavabları tapıb-tapmayacağıdır”.///NOCOMMENT.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki