“Bu dəfə biz (WUF13-də) rekord sayda iştirakçıları qəbul edirik”.
Busaat.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı söyləyib.
“Bu, ikinci ən böyük beynəlxalq tədbirdir ki, COP29-dan sonra Azərbaycanda keçirilir”, – deyə dövlət başçısı bildirib.
Prezident həmçinin qeyd edib ki, Bakıda keçirdiyi bu günlər ərzində bir çox qonaqlarımız, ilk dəfə səfər edən qonaqlar ölkəmizi daha yaxşı tanıyacaqlar və Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar.
Azərbaycanın Avropa ilə Asiya arasında yerləşdiyini vurğulayan dövlət başçısı bunun bizim memarlığımızda da öz təzahürünü tapdığını qeyd edib.
“Bakı həm qədimlik, həm yenilik, həmçinin tarixi irsin qorunması, həm müasir üslubda şəhərsalmanın inkişafı baxımından aydın şəkildə onu göstərir ki, bizim ulu babalarımızın istedadı olub, tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq”, – İlham Əliyev qeyd edib.
***
Prezident bildirib ki, şəhərsalma nəinki Bakı üçün, bir çox Azərbaycan şəhərləri üçün elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik.
Dövlət başçısı bu ilin Azərbaycanda “Şəhərsalma və memarlıq ili” elan olunduğunu da diqqətə çatdırıb.
***
İlham Əliyev qeyd edib ki, hazırda şəhərsalmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük, xüsusilə də bu, paytaxt şəhərləri üçün keçərlidir.
Dövlət başçısı əlavə edib ki, ona görə də biz, ilk növbədə, cəsarətli, eyni zamanda, ehtiyatlı yanaşma həyata keçirməliyik.








