Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft103.42 $▼1.79%
  • WTI neft95.84 $▼1.28%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.890 $▲0.21%
  • Qızıl3 939 $▲0.16%
  • Gümüş49.73 $▲0.27%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda599.25 ¢▼0.99%
  • Bitcoin77 476 $▲1.05%
  • Ethereum2 290 $▲1.82%
  • S&P 5007 585▲0.57%
16°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Dünya

İrandan ABŞ-yə sərt xəbərdarlıq

image-iran1-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İran Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü, briqada generalı Əbülfəzl Şikarçi ABŞ-nin İrana qarşı mümkün yeni hərbi əməliyyatları ilə bağlı sərt xəbərdarlıq edib.

Busaat.az-ın “Fars”a istinadən xəbərinə görə, Şikarçi bildirib ki, Vaşinqtonun İrana qarşı yeni hücumu əvvəlkilərdən daha dağıdıcı nəticələr doğura bilər.

Onun sözlərinə görə, belə bir addım ABŞ üçün gözlənilməz ssenarilər yaradacaq və Vaşinqton yenidən “bataqlığa sürüklənəcək”.

Digər tərəfdən, İranın Ali lideri Müctəba Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti də ABŞ Prezidenti Donald Trampın Tehranla bağlı açıqlamalarına münasibət bildirib.

Vilayəti qeyd edib ki, “İsrailin ipi ilə quyuya enməyin ağır bədəli var”.

O, Tramp administrasiyasının Təl-Əvivin təxribatları nəticəsində strateji tələyə düşdüyünü deyib.

İran rəsmisi həmçinin Vaşinqtonda Tehranla bağlı “səhv hesablamaların” aparıldığını bildirərək, regionda artan gərginliyin təhlükəli nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=183684