Gəncədə qətlə yetirilən Elgün İbrahimovun imtahan nəticələri açıqlandı – 85 bal

image-img_4905backend

Gəncədə döyülərək öldürüldüyü iddia edilən 11-ci sinif şagirdi Elgün İbrahimovun mayın 4-də verdiyi Azərbaycan dili imtahanının nəticəsi açıqlanıb.

Busaat.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, mərhum Azərbaycan dili fənnindən 100 baldan 85 bal toplamağı bacarıb.

K. Əsədov qeyd edib ki, dünən bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən SMS-bildiriş göndərilib.

Eyni zamanda, Elgün martın 9-da keçirilən DİM-in 11-ci siniflər üçün buraxılış imtahanında 204 bal (300 baldan) toplayıb.

image-img_4900


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki