“Həyatda hər bir şeyin səbəbi vardır. Son günlər ölkəmizdə baş verən pis mənada ”canlanma” da təbii ki, səbəbsiz deyildir. Uzun zamandır cəbhədə olan sakitliyin son dövrlər də amansızcasına pozulması, atəşkəs qaydalarının dəfələrlə tapdalanması bu hadisələrin baş verməsinə ən böyük təkanlardan oldu. Azərbaycan tərəfindən regionda sülhə töhfə verməyə yönəlik atılan müsbət addımların fonunda mənfur qonşularımız vəziyyəti çətinləşdirməyə və qeyri-adekvat hərəkətlər etməyə davam edir. Böyük Qələbə ilə başa çatmış İkinci Qarabağ müharibəsindən artıq 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq ərazilərimizdə qalan qanunsuz erməni silahlı birləşmələri müxtəlif təxribat xarakterli hərəkətlərə əl atır və münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə kölgə salmağa çalışır.
Bu gün birmənalıdır ki, Ermənistanın əl atdığı təxribatlar regionda firavanlığın təmin olunması yolunda ciddi əngəl və maneədir. Ermənistan silahlı qüvvələrinin təxribatları son günlər intensiv xarakter alıb. Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğu regional sabitlik və təhlükəsizliyi təhdid edən gerginliğine yaranmasının əsas səbəbidir.
Ermənistanın məqsədyönlü şəkildə vəziyyətin gərginləşməsinə yönəlmiş təxribatçı əməlləri münaqişənin həllinə mane olmaq və Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü nəticəsində yaranmış mövcud status kvonu saxlamaq məqsədi daşıyır. Ermənistan rejimi “cəbhədə vəziyyətin gərginləşməsi” bəhanəsini əlində alət edərək, bu vasitə ilə uğursuz şəkildə ölkədaxili siyasi-iqtisadi və demoqrafik böhrandan, xüsusilə son günlərdə ölkədə yaranmış gərgin siyasi vəziyyətdən diqqəti yayındırmağa çalışır. Ermənistanın cəbhədə son günlər ərzində verdiyi çoxsaylı itkilər Ermənistan rejiminin bu məsuliyyətsiz siyasətinin nəticəsidir.
Ermənistan silahlı qüvvələrinin təxribatları son günlər intensiv xarakter alıb. Bir müddətdir ki, müntəzəm olaraq atəşkəsi pozan düşmən 15 iyun səhər saatlarında Laçın sərhəd-buraxılış məntəqəsini atəşə tutub. Nəticədə bir sərhədçimiz yaralanıb. Sülh danışıqlarının intensivləşdiyi bir vaxtda təxribatların yenidən baş verməsi diqqət çəkir.
Təqvimin ən yaxın səhifələrindən birində, məhz sentyabrın 19-u daha bir erməni təxribatı baş verdi. Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Xəbərə görə, nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib.Çox təəssüf ki, bu gün tariximizə tək bir təxribatla yazılmadı, həmin gün ikinci bir təxribat daha baş vermişdi.
Sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar. Allahdan bütün şəhidlərimizə rəhmət, ailəsinə isə səbir diləyirəm…”
Rzayeva Tünzalə Ülfət qızı. Bakı Qızlar Universiteti. F¹/²¹