Gimnastlarımız Qazaxıstanda üç medal qazanıblar

image-44backend
Azərbaycan bədii gimnastları Qazaxıstanın Almatı şəhərində keçirilmiş “Alma Cup” beynəlxalq turnirində 2 qızıl, 1 gümüş medal qazanmaqla yanaşı, 1 nominasiya üzrə qalib olublar.

Gimnastika Federasiyasından Busaat.az-a verilən məlumata görə, böyüklər arasında Zəhra Cəfərova çoxnövçülük (halqa, top, gürzlər və lent) üzrə qızıl medala yiyələnib.

Gənclər arasında Sofiya Məmmədova çoxnövçülük (halqa, top, gürzlər və lent) üzrə bütün rəqiblərini qabaqlayıb. O, həmçinin “Turnirin kraliçası” nominasiyasına layiq görülüb.

Ayan Sadıqova da çoxnövçülük (halqa, top, gürzlər və lent) üzrə uğurlu çıxışla yadda qalaraq gümüş medal əldə edib.


3d38d2f5 e6c0 3af6 a259 d6ae18114053jpg 1724227876d6d4fc2e d877 3847 9f6e f10052d4d387jpg 1724227876

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki