“Gömrükdə köhnə metodlarla yenilik səviyyəsi yoxlanılır” – Ekspert

image-412956155_0_0_1000_563_1920x0_80_0_0_1a74f7b0457532ee605be253a2bceca1backend

“Dövlət Gömrük Komitəsi öz əməkdaşlarının bilik səviyyəsinin yoxlanılması haqqında rəsmi resurslarında məlumat paylaşıb. Yoxlanılacaq bilik səviyyəsi yenilik və təkmilləşmə ilə bağlıdır”.

Busaat.az xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkədə yazıb. O bildirib ki, açıqlanan məlmatdakı fotolar DGK-da təxminən 20 il əvvəl keçirilən imtahanları xatırladır:

“Güman ki, kağızda olan cavablar da hansısa gömrük generalları tərəfindən oflayn formada, kefi istədiyi vaxt yoxlanılacaq, nəticələr də əməkdaşlara nə zamansa zərfdə göndəriləcək. Dövlət Gömrük Komitəsinin əlində nəhəng VAİS informasiya sistemi var, hansı ki, onun bir hissəsi də bu tip proseslərin ölkənin istənilən yerində rəqəmsal formada, real vaxtda gerçəkləşməsini nəzərdə tutub”.

Ekspert qeyd edib ki, DGK-nın yüksək texnologiyalarla, kütləvi imtahanların təşkili üçün zəruri texnologiyalarla təhciz olunan Gömrük Akademiyası var: “Belə olan halda, gömrük əməkdaşlarının yeniliklərlə bağlı, yəni, süni intelkekt və digər rəqəmsal gömrük texnologiyaları ilə bağlı bilik səviyyəsinin bu cür bəsit formada öyrənilməsi düşündürücüdür”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki