“Google”da “Bayraktar TB2” barədə ən çox ermənilər axtarış aparıb

image-bbayrabackend

Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarına (PUA) maraq son dövrlərdə daha da artıb. Bu xüsusən də “Bayraktar TB2”nin Azərbaycanın Qarabağ zəfərinə böyük töhfəsindən sonra müşahidə edilib.

Bu barədə “TRT Haber” məlumat verib.

Bildirilir ki, “Google”da Türkiyə istehsalı olan PUA barədə məlumatları son bir ildə ən çox Ermənistanda olan istifadəçilər axtarıb. Ən çox aktivlik isə Azərbaycanla Ermənistan arasında döyüşlərin şiddətləndiyi 4-10 oktyabr tarixlərində müşahidə edilib.

Məlumatda o da vurğulanır ki, “Bayraktar TB-2”yə Yunanıstan və Azərbaycandan olan istifadəçilər də böyük maraq göstəriblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90