“Cənubi Qafqazda sülh istəməyən qüvvələrin sayı hər kəsə məlumdur. Bu səbəbdən görüşün hansı ölkənin vasitəçiliyi ilə keçirilməsi mühüm amildir”.
Bunu dəfələrlə İlham Əliyev-Paşinyan görüşünün keçiriləcəyi xəbəri verildikdən sonra bölgədə təxribatların törədilməsinin səbəbindən danışan politoloq İlyas Hüseynov Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, görüş keçiriləcək xəbərindən sonra təxribat müşahidə olunmasının bir neçə səbəbi var:
“İlk səbəb Ermənistan ordusunda Paşinyana tabe olmayan qüvvələrin hələ də var olmasıdır. Ordunun milliləşdirilməsi və mərkəzi komandanlığa tabe edilməsi prosesi hələ də yekunlaşmayıb. Tərxibatlar bölgədə sülh istəməyən, xaricdən əmr alan şəxslər tərəfindən həyata keçirilir”.
“Digər səbəb isə elə Ermənistanın və havadarlarının məsələdə maraqlı olmasıdır. Cənubi Qafqazda sülh istəməyən qüvvələrin sayı hər kəsə məlumdur. Bu səbəbdən görüşün hansı ölkənin vasitəçiliyi ilə keçirilməsi mühüm amildir. Vasitəçilik edən tərəf sülh istəməyən qüvvələri qıcıqlandırdığına görə hər zaman təxribatlarla rastlaşırıq. Bu kimi neqativ halların aradan qaldırılmasını istəyirik. İstəyimiz Ermənistanın sülh yolunda səmimiyyət göstərməsi, Cənubi Qafqazda pozuculuq işlərində maraqlı olanların fikirlərindən dönməsidir”, – politoloq şərh edib.
Ələsgər / Busaat.az