Görüşün əsas predmeti bu olacaq – ŞƏRH

image-_114609204_azrbaycandakoronavirusayoluxanlarnsay22minyaxnlar-2backend

“Görüşdə əsas gündəm mövzusunun sülh müqaviləsinin Vaşinqton, Brüssel, Moskvada yarım qalan bəzi detallarının müzakirəsinin ola biləcəyini ehtimal edirəm”.

Bunu Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş haqqında gözləntilərini səsləndirən politoloq Samir Hümbətov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, İlham Əliyev-Paşinyan görüşünün nəticələri haqqında hansısa möcüzə və ya sürpriz xəbər gözləmir:

image-samir-humbetov-1

“Burada da danışıqlar əsas predmet olacaq. Ancaq ciddi nəticənin əldə olunacağı o qədər də inandırıcı görünmür. Görüşdə əsas gündəm mövzusunun sülh müqaviləsinin Vaşinqton, Brüssel, Moskvada yarım qalan bəzi detallarının müzakirəsi ola biləcəyini ehtimal edirəm. Eyni zamanda Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi ilə bağlı Paşinyanın dəfələrlə səsləndirdiyi fikirlərin də bu görüşdə yekun həllini tapacağını düşünürəm. Çünki Prezident İlham Əliyev hər zaman açıq şəkildə Qarabağda yaşayan ermənilərin hər bir azərbaycanlı vətəndaşı kimi təhlükəsizliklərinin qorunacağı ilə bağlı daim təminat verib. Bu isə görüş çərçivəsində hər hansı problemin gözlənilmədiyini deməyə əsas verir.

Bu görüşdə əsas vacib olan məqamların Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya və demarkasiya işlərinin yekun həllinin tapılması olduğunu düşünürəm. Qazaxın yeddi kəndinin və Naxçıvanın bir kəndinin qaytarılması məsələləri həll olunmalıdır. Bu problemlər öz həllini taparsa artıq iki ölkə arasında diplomatik münasibətlərin qurulması məsələsi də öz həllini tapacaq”.

Ələsgər

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki