Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.20 $▼2.12%
  • WTI neft90.36 $▼1.83%
  • Avropa qazı (TTF)89.05 €▼0.66%
  • Təbii qaz (ABŞ)3.031 $▲1.61%
  • Qızıl4 076 $▲0.64%
  • Gümüş52.03 $▲1.20%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda595.00 ¢▲0.04%
  • Bitcoin75 505 $▼0.61%
  • Ethereum2 223 $▼0.52%
  • S&P 5007 354▼4.36%
12°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071

“Green Card” istəyənlərin NƏZƏRİNƏ: Anti-miqrant dalğasına tuş gələ bilərlər…

image-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
“Donald Trampın tətbiq etdiyi sanksiyalar əsasən qeyri-qanuni yolla gələn və qeyri-qanuni yaşayan miqrantlara aiddir. “Green Card” ABŞ dövlətinin rəsmi miqrasiya proqramı olduğu üçün bununla bağlı hər hansı sanksiya olacağını düşünmürəm. Çünki miqrantlar Amerikada iş sektorunun bir çox sahələrində işçi qüvvəsi təşkil edir”.

Bu sözləri Demokrat.az-açıqlamasında turizm məsələləri üzrə ekspert Rahib İsmayılov deyib.

Ekspert bildirib ki, əgər qanuni miqrantlara qarşı çoxsaylı sankisayalar olsa, Amerikanın iş bazarında işçi qüvvəsi baxımından boşluq yarana bilər:

“Digər tərəfdən nəzərə almaq lazımdır ki, Tramp ikinci prezidentliyi müddətində daha çox ritorik və yadda qalan qərarlarla fərqlilik göstərmək istəyir. Bu baxımdan “Green Card”  qaliblərinə Amerikada hər hansısa problem olacağını düşünmürəm”.

Onun sözlərinə görə, güzəştlərlə bağlı isə hələlik müsbət mənada fərqlilik yoxdur:

“Getmək istəyən və gedəcək vətəndaşlar maksimum dərəcədə diqqətli olub, ABŞ yerli qanunlarının ziddinə olacaq hərəkət etməməyi tövsiyə edirəm. Əks halda leqal yolla miqrasiya etsələr belə bu anti-miqrant dalğasına tuş gələ bilərlər”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=163007