“Gürcü arzusu”nun sədri kimi fəaliyyətimi davam etdirirəm

image-qaribashvili5backend

Keçmiş baş nazir və “Gürcü arzusu”nun sədri İrakli Qaribaşvili hakim partiyanı tərk etməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Busaat.az xəbər verir ki, qaribaşvili Gürcüstan telekanallarının yaydığı xəbərə belə cavab verib:

“Bu gün radikal müxalifətin nəzarətində olan media mənim “Gürcü arzusu”ndan ayrıldığım barədə yalanlar yayır. Bu dezinformasiyanın yeganə məqsədi ictimaiyyəti çaşdırmaq və süni həyəcan yaratmaqdır. Vurğulamaq istəyirəm ki, “Gürcü arzusu”nun sədri kimi fəaliyyətimi davam etdirirəm, komandamızın üzvüyəm və hər hansı digər məlumat həqiqətə uyğun deyil”.

Xatırlalaq ki, Qaribaşvilinin hakim partiya sıralarını tərk edərək biznesə başlaması barədə məlumatı “Pirveli” və “Mtavari Arxi” televiziya şirkətləri yayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki