Gürcüstana gələn 10 yaşadək uşaqlardan test tələb olunmayacaq

image-gurcustanbackend

Gürcüstan ərazisinə başqa bir ölkədən daxil olan on yaşınadək uşaqlardan vətəndaşlıqlarından asılı olmayaraq PCR test nəticəsi tələb olunmayacaq.

Busaat.az “Sputnik Gürcüstan” a istinadən xəbər verir ki, bu, hökumətin “İzolasiya və karantin qaydalarının təsdiq edilməsi haqqında” qərarında bildirilib.

Koronavirus pandemiyası səbəbindən bir illik fasilədən sonra Gürcüstan bu il fevralın 1-dən etibarən müntəzəm beynəlxalq uçuşlarını bərpa edib. Quru sərhədləri isə 1 iyun tarixində açılıb.

“Xaricdən gələn (vətəndaşlıqdan asılı olmayaraq) 10 yaşınadək hər hansı bir şəxs 3 gün öncədən edilmiş PCR testi nəticəsi təqdim etmək və ya PCR testindən keçmək tələbindən azaddır”, – deyə sənəddə qeyd olunub.

Qərar iyunun 16-da qüvvəyə minib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90