
“Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik” - XİN
“Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Gürcüstanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”.
Busaat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviter paylaşımında deyilir.
“Azərbaycan və Gürcüstan beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət və sadiqliyə əsaslanan strateji tərəfdaşlığa malikdirlər”, – paylaşımda yazılıb.






















