Gürcüstanla qonşuluq münasibətlərinin dərinləşdirilməsi prioritetlərimizdəndir – Paşinyan

image-pasinyanbackend

Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstan prezidenti Salome Zurabişviliyə və Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə bu ölkənin dövlət müstəqilliyinin bərpasının 105-ci ildönümü münasibətilə təbrik məktubu göndərib.

Busaat.az xəbər verir ki, Gürcüstan prezidentinə ünvanlanan təbrikdə, xüsusən belə deyilir:

“Vurğulamaq istərdim ki, Gürcüstanla qarşılıqlı faydalı və qonşuluq münasibətlərinin dərinləşdirilməsi hökumətimizin xarici siyasətinin prioritetləri sırasındadır və mən ümid edirəm ki, bizim birgə səylərimiz sayəsində Ermənistan və Gürcüstan arasında münasibətlər ölkələrimizin və xalqlarımızın mənafeyi naminə qarşılıqlı maraq doğuran bütün istiqamətlərdə bundan sonra da inkişaf edəcək”.

“Dövlətçiliyə gedən yol heç də həmişə hamar olmayıb, lakin erməni və gürcü xalqları öz ardıcıl mübarizəsi sayəsində müstəqil dövlətə sahib olmaq haqlarını sübut ediblər və bu gün də öz arzularına sadiq qalaraq dövlət quruculuğunda sıx əməkdaşlığı davam etdirirlər. Əminəm ki, mövcud əməkdaşlıq potensialı və iki dost ölkənin tərəfdaşlığı dərinləşdirmək əzmi bundan sonra da erməni və gürcü xalqları arasında qardaşlıq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfə verəcək və yeni təkan verəcək. Mən sizi əmin edirəm ki, Ermənistan Gürcüstan üçün etibarlı dost və qonşu dövlətdir və belə də qalacaq”, – Paşinyan qeyd edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90