Məzmuna keç
  • Azeri Light126.16 $▲3.17%
  • Brent neft108.80 $▼1.08%
  • WTI neft99.89 $▼0.88%
  • Avropa qazı (TTF)100.09 €▼3.71%
  • Təbii qaz (ABŞ)2.935 $▲0.96%
  • Qızıl3 906 $▼0.10%
  • Gümüş50.25 $▲0.32%
  • Pambıq78.60 ¢▲0.52%
  • Buğda606.25 ¢▲0.58%
  • Bitcoin77 871 $▼0.45%
  • Ethereum2 283 $▲0.49%
  • S&P 5007 580▼1.83%
20°Bakı
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
  • USD1.7000
  • EUR1.9000▼0.0019
  • 100 RUB2.1118▲0.0195
  • GBP2.2769▲0.0009
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2557▲0.0004
  • GEL0.6561▲0.0010
  • 100 KZT0.3743▼0.0010
  • UAH0.0375
  • 100 JPY1.0771▼0.0029
  • CHF2.0635▼0.0040
Kriminal

Hacıqabul xəstəxanasında külli miqdarda mənimsəməyə görə cinayət işi başlandı

image-xestexana
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Busaat.az xəbər verir ki, Hacıqabul rayon prokurorluğundan verilən məlumata görə, “Hacıqabul rayon mərkəzi xəstəxanası” PHŞ-də baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 01.01.2022-ci il tarixdən 15.06.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Publik Hüquqi Şəxsin vəzifəli şəxs(lər)i tərəfindən əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla dövlət büdcəsinə məxsus külli miqdarda vəsaitin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanılmaqla istintaq aparılır.

Hazırda iş üzrə istintaq davam edir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=126974