Türkiyənin xarici işlər naziri Hakan Fidanla NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Busaat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Alyansın genişlənməsini müzakirə ediblər.