Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft96.15 $▼2.15%
  • WTI neft89.37 $▼1.91%
  • Avropa qazı (TTF)87.28 €▲1.97%
  • Təbii qaz (ABŞ)3.016 $▼0.23%
  • Qızıl4 106 $▼0.53%
  • Gümüş52.45 $▼1.18%
  • Pambıq79.47 ¢▲1.43%
  • Buğda587.00 ¢▼0.76%
  • Bitcoin74 181 $▼0.73%
  • Ethereum2 110 $▼0.69%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Hamının gözlədiyi iclas cəmi bir neçə dəqiqə çəkdi - Trampa şərt qoydu

image-maksvel
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ Konqresinin ən nüfuzlu nəzarət orqanlarından biri olan Nümayəndələr Palatasının Nəzarət Komitəsi qarşısında ifadə verməsi gözlənilən milyarder Ceffri Epşteynin keçmiş sevgilisi və ortağı Gisleyn Maksvel susmaq hüququndan istifadə edib.

Yeniera.az xəbər verir ki, o, bütün sualları cavabsız qoyub.

Texas ştatındakı federal həbsxanada saxlanılan 64 yaşlı Maksvel dinləmədə videobağlantı vasitəsilə iştirak edib. O, ABŞ Konstitusiyasının Beşinci Düzəlişinə əsaslanaraq ifadə verməkdən imtina etdiyi üçün iclas cəmi bir neçə dəqiqə davam edib.

Maksvelin vəkili dinləmədən sonra verdiyi açıqlamada bildirib ki, ABŞ Prezidenti Donald Tramp onu əfv edəcəyi təqdirdə, müvəkkili Konqreslə əməkdaşlıq etməyə hazırdır.

Açıqlamada Maksvelin Trampın hər hansı qanunsuz fəaliyyətlə əlaqəsinin olmadığına dair ifadə verməyə də açıq olduğu qeyd edilib.

Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri Ceyms Komer Maksvelin mövqeyini “gözlənilən, lakin son dərəcə məyusedici” adlandırıb.

Komer bildirib ki, komitənin məqsədi Epşteyn işi ilə bağlı həqiqətləri üzə çıxarmaq və qurbanlar üçün ədaləti təmin etməkdir. O, Maksvelin nə toxunulmazlığa, nə də əfvə layiq olduğunu vurğulayıb.

Komitənin demokrat üzvləri də Maksvelin davranışını sərt tənqid ediblər. Konqres üzvü Melani Stansberi Maksvelin Konqres dinləməsini əfv danışıqlarına çevirməyə çalışdığını deyib.

Qeyd edək ki, Gisleyn Maksvel 2022-ci ildə yetkinlik yaşına çatmayan qızların cinsi istismarı məqsədilə insan alverinə kömək etməkdə təqsirli bilinərək, 20 il həbs cəzasına məhkum edilib. Maksvel ittihamları qəbul etmir və Ceffri Epşteynin 2019-cu ildə həbsxanada ölümündən sonra “günah keçisi”nə çevrildiyini iddia edir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=180194