Həbsdə olan “Quska”dan dövlət qurumuna qarşı iddia: Anasının adına olan şirkət…

image-huseynabdullayevbackend

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı regional bölməsi məhkəməyə verilib.

 

Qaynarinfo xəbər verir ki, iddiaçı “AGR Group” MMC-dir. Məhkəmə çəkişməsinin səbəbi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdir.

 

İş hazırda apellyasiya mərhələsində, Bakı Apellyasiya Məhkəməsinin hakimi Aidə Hüseynin icraatındadır. 6 aprel 2023-cü il tarixə iş üzrə şifahi məhkəmə baxışı təyin edilib.

 

“AGR Group” MMC 31 mart 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Abdullazadə Zeynəb Bayraməli qızıdır. Zeynəb Abdullazadə “Quska” ləqəbli keçmiş deputat, hazırda həbsdə olan Hüseyn Abdullayevin anasıdır.

 

“AGR Group” MMC ötən il ölkəyə İrandan yararsız kartof idxal etməklə gündəmə gəlmişdi. Həmin vaxt AQTA-nın yaydığı məlumat deyilirdi ki, qurumun həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində “AGR Group” MMC tərəfindən İrandan idxal edilən ümumi çəkisi 23.6 ton ərzaqlıq kartof məhsulu partiyalarına Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

 

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Ralstonia solanacearum” – kartofun qonur çürüməsi) aşkar edilib.

 

Agentlik tərəfindən istifadəyə yararsız ümumi çəkisi 23.6 ton ərzaqlıq kartof məhsulu partiyalarının İrana geri qaytarılması barədə qərar qəbul edilib.

 

Qeyd edək ki, Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanaraq Azərbaycana təhvil verilib. 2019-cu ilin 1 oktyabr tarixində Bakı Hərbi Məhkəməsi sabiq deputatı 6 il azadlıqdan mıhrum edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90