Həmrəylik Günündə Şəhidlərimizin Xatirəsinə Növbəti Quran Ziyafəti Təşkil Olunub

image-tia_c5fb908429cc01f25014d619540e19b1_c5eufj6z34tinom8sbkpbackend

Türkiyə Səfirliyinin Dini İşlər üzrə Müşavirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığıyla Bakı şəhəri Şəhidlər məscidində bütün şəhidlərimizin ruhuna ithafən Qurani-Kərim ziyafəti təşkil olunub.

Tədbiri giriş sözü ilə Türkiyə Səfirliyinin Dini Din İşləri müşaviri İhsan Açık açıq elan edib. O öz çıxışında Quran ziyafətini şəhidlərə vəfa olduğunu və onları unutmadığımızın nümunəsi olduğunu qeyd edib. Quranı oxumaq sünnət, dinləmək fərzdir. Biz unutsaq bizi də unudarlar. Biz xatırlasaq bizi də xatırlayarlar. Dünyada şəhid olan müsəlmanlara da Allahdan rəhmət diləyib. Natiq öz çıxışında Qafqaz islam ordusu şəhidlərini, Qarabağ şəhidlərini, Xocalı şəhidlərini, 20 yanvar şəhidlərini, 44 günlük vətən müharibəsi şəhidlərini rəhmətlə anıb. Artıq beşinci Quran ziyafətinin keçirildiyini və bu gözəl ənənənin davam edəcəyini vurğulayıb. Tədbirdə iştirak edən edən şəhid ana və atalarını, qardaş və bacılarını salamlayıb.
Anım proqramında iştirak edən Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağçı tədbir iştirakçılarını salamlayıb, Türkiyədən gələn dəyərli qonaqlara öz təşəkkürünü bildirib. Həyata keçirilən bu kimi fəaliyyətlərin şəhidlərimizə hörmət və diqqətin nəticəsi olduğunu qeyd edib. Birlik və həmrəyliyin vətən uğrunda verilən mübarizədən başladığını vurğulayıb. Bu işdə vətən üçün ən yaxşı töhfəni isə şəhidlərin verdiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə öz çıxışında tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib və bütün şəhidlərə Allahdan rəhmət diləyib. O öz çıxışında şəhidlər bizim qürur mənbəyimizdir. Onları anmaq, yad etmək hər birimizin borcudur deyib. Dünyada hər zaman sülh və əminamanlıq olmasını niyaz edib.
Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsi Səbail rayonu üzrə bölgə Qazısı, Şəhidlər məscidinin imamı Mirzaid Qənbərov öz çıxışında tədbirin təşkilatçılarına və Türkiyədən gələn qonaqlara öz təşəkkürünü bildirib, xətm proqramının əhəmiyyətindən danışıb. Bütün şəhid ailələrinə Allahdan səbir diləyib və bu kimi tədbirlərin davamlı olmasını arzulayıb.
Rəsmi çıxışlardan sonra Bursa Mehrablı Külliyə Camii İmamı Hasan Akdağoğlu, Şəhadət Caminin İmamı Abdulkadir Açık və Ulu Caminin Müəzzini Adem Saygılı, Hafiz Elvin Qurbanov öz gözəl Qurani-Kərim qiraətləri ilə Qurani-Kərim ziyafətinə töhfələrini veriblər. Bütün qiraətlərdən sonra məscid imamları tərəfindən oxunan ayələrin Azərbaycan dilində məali tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin sonunda məşhur qarilər tərəfindən sala və ilahilər oxunub.
Bursa şəhəri Osmanqazi bölgəsinin təqaüddə olan müftisi Mehmet Açık tərəfindən bütün şəhidlərimizin ruhuna dualar edilib.
Tədbir iştirakçılarına şəhidlərimiz adına ehsan süfrəsi açılıb.

image-media-img-20240101-wa0027-to0knxrusye9cmg6p4bz-768x512 image-media-img-20240101-wa0024-jywko38e4fltu0i2h7nc-768x512 image-media-img-20240101-wa0025-ae4ylgvum5ct386jh2x9-768x512 image-media-img-20240101-wa0026-wcluv48yk2zn7fm3boqr-768x512 image-media-img-20240101-wa0028-4hbk03qszg7wy6ml9pix-768x512

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90