Hərbi vəzifəli qadınların ehtiyatda olmasının yaş həddi ləğv olunur.
Busaat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
İndiyə qədər qadınların hərbi xidmətdə son yaş həddi 50 yaş müəyyən olunmuşdu.
Qeyd edək ki, bu qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.