Hərbi təyyarələr Zəngəzura nə üçün gəlib? – VİDEO

image-1506330backend

KİV-də yayılan məlumatlara görə, avqustun 2-3-də ABŞ-nin Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına 2 hərbi təyyarə qalxıb.

ABŞ Silahlı Qüvvələrinə məxsus “Boeing C-17” hərbi yük təyyarəsi ilə Ermənistan Silahlı Qüvvələri üçünyeni nəsil silahlar – snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib. Qeyd olunur ki, ABŞ Ermənistanı silahlandırmaqla yanaşı, həm də onun ərazisindən İranda kəşfiyyat işləri aparır.

Busaat.az xəbər verir ki, Bakupost.az -a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistandakı ABŞ səfirliyinin qonşu ölkələrlə bağlı kəşfiyyat işləri apardığı barədə fikirlərin çoxdan mövcud olduğun deyib.

Onun sözlərinə görə, hələ illər öncə bu səfirliyin İrana qarşı da kəşfiyyat işləri aparacağı deyilirdi:

“Belə fikirlər səsləndirilirdi. Diplomatlar zarafatla deyirdilər ki, bu, ABŞ-ın İrandakı səfirliyidir, sadəcə hələ ki, Ermənistanda yerləşir”.

Politoloq bildirib ki, Zəngəzura eniş edən təyyarələrlə bağlı məlumat da öz təsdiqini tapmalıdır:

“Biz bilirik ki, bir çox dövlətlər bu məsələni diqqətdə saxlayır. İran da, Rusiya da, təbii ki, Azərbaycan da. Ermənistana hərbi avadanlığı nə məqsədlə gətirdiklərini isə açıqlamalıdırlar”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki