Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.42 $▲4.52%
  • WTI neft88.16 $▲3.39%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.341 $▲2.23%
  • Qızıl3 920 $▼1.51%
  • Gümüş50.42 $▼1.95%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda589.75 ¢▼1.95%
  • Bitcoin69 005 $▼3.14%
  • Ethereum1 951 $▼3.03%
  • S&P 5007 592▼0.33%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Cəmiyyət

Həyat yoldaşı ölü kimi qeydiyyata ALDIRDI: 11 ildir Azərbaycana gələ BİLMİR - VİDEO

image-1660548658_1660546046_1660544465_abil
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Quba rayonunun Rustov kəndində doğulan və hazırda Rusiyada yaşayan Abil Zeynalov Azərbaycanda ölü kimi qeydiyyata alınıb.

 

Busaat.az xəbər verir ki, 1955-ci ildə anadan olan Abil Zeynalov 1996-cı ildə Rusiyaya gedib. O, bir müddət sonra Azərbaycana qayıtmaq istəyib, amma alınmayıb. Səbəb isə onun 2011-ci ildən ölü kimi qeydiyyata alınması olub.

 

Bu fakt vətənə qayıtmaq üçün qardaşından ona aid sənədləri hazırlayıb Rusiyaya göndərməsini istəyərkən ortaya çıxıb.

 

Abil Zeynalov “Xəzər Xəbər”ə deyib ki, aidiyyəti üzrə müraciət etsə də, hələlik nəticə əldə edə bilməyib. Hazırda onun əlində təkcə hərbi bileti var.

 

Qardaşı Abil Zeynalovun ölüm haqqında sənədini onun keçmiş həyat yoldaşının 11 il əvvəl hazırlatdığını iddia edib.

 

Məsələyə münasibət bildirən Quba rayon qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən Kamran İbrahimov isə deyib ki, ölüm kağızı məhkəmənin qətnaməsinə əsasən hazırlanıb.

 

Vətənində ölü olaraq bilinən Abil Zeynalov da bunu onun keçmiş həyat yoldaşının qardaşı ilə birləşərək onun mülklərini ələ keçirmək üçün etdiyini iddia edir. Abil Zeynalovun keçmiş həyat yoldaşını isə tapmaq mümkün olmayıb. Onun hazırda başqa bir insanla ailə qurduğu deyilir.

 

Qeyd edək ki, Abil Zeynalov Rusiyada səfirliyə müraciət edərək sağ olduğunu sübut edib. Qayıdış sənədi almaqla Azərbaycana gələcək. Gəldikdən sonra isə məhkəməyə müraciət etməlidir. Yalnız bundan sonra məhkəmə qətnaməsi ləğv oluna bilər.

 

Ətraflı videoda:

 

 

Sfera/az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=83676