Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin67 127 $▼1.61%
  • Ethereum1 900 $▼1.41%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Heydər Əliyev Fondu “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsini həyata keçirir

image-6610e9a5-fdde-3863-9bce-58856930e03a_850jpg-1734094650
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Heydər Əliyev Fondunun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində Ruandaya səfər edən Fondun vitse-prezidenti Leyla Əliyeva paytaxt Kiqali şəhərinin yaxınlığında yerləşən məktəbdə olub.

Busaat.az xəbər verir ki, Leyla Əliyeva bu təhsil ocağının rəhbərliyi və şagirdləri ilə görüşüb, məktəbdəki şəraitlə yaxından tanışlıq olub.

Heydər Əliyev Fondunun Ruandada həyata keçirdiyi layihə çərçivəsində 1000-dək şagirdin təhsil aldığı məktəb tədris şəraitinin yaxşılaşdırılması və uşaqların yüksək texnologiyalarla bağlı biliklərə yiyələnməsi məqsədilə kompyuterlərlə təchiz olunub. Bununla yanaşı Fond tədris ocağının internetə çıxışını da təmin edib.

Qeyd edək ki, Heydər Əliyev Fondu bu günədək Afrika qitəsi ölkələrində səhiyyə, sosial, təhsil sahələrində bir sıra layihələr həyata keçirib. Bu sırada Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq humanitar fəaliyyət çərçivəsində Afrika İrsi Məktəbinin inkişafı üçün maliyyə yardımı, Cibuti Respublikasına səhiyyə sisteminin inkişafı məqsədi ilə tibbi avadanlıqların verilməsi layihələrini qeyd etmək olar.

Gələcəkdə Afrikanın digər ölkələrində də Heydər Əliyev Fondu tərəfindən təhsil və mədəniyyət sahəsində layihələrin həyata keçirilməsi nəzərdə tutulur.


MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=156016