Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft94.35 $▼0.97%
  • WTI neft87.46 $▼1.00%
  • Avropa qazı (TTF)86.07 €▼5.37%
  • Təbii qaz (ABŞ)3.163 $▲0.16%
  • Qızıl3 873 $▲0.08%
  • Gümüş47.60 $▲0.59%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda590.25 ¢▲0.60%
  • Bitcoin64 140 $▼1.80%
  • Ethereum1 799 $▼1.93%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Gündəm

Heydərovun iki generalının fəaliyyəti yoxlanılır - Şübhəli məqamlar var

image-kemaleddin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində və Dövlət Yanğın Nəzarəti Xidmətində ciddi yoxlamalar keçirilir.

Busaat.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, istefaya göndərilən Dövlət Yanğından Mühafizə Xidmətinin sabiq rəisi, general-mayor Füzuli Əsədov və Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) sabiq rəisi, general-mayor Hikmət Abbasovun rəhbərlik etdikləri dövrlər yoxlanılır.

Əldə etdiyimiz məlumata görə, artıq sözügedən qurumlarda ciddi nöqsanlar aşkarlanıb. Belə ki, ayırılan vəsaitlərin təyinatı üzrə xərclənmədiyi məlum olub.

İdarələrin maddi texniki təchizatında ciddi nöqsanlar aşkar edilib. Həmçinin yanğınsöndürmənin şəhər və rayon şöbələrində də bir sıra kadrların təyinatında şübhəli məqamlar ortaya çıxıb.

Hazırda qanunsuz hallar tam və hərtərəfli araşdırılmaqla qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, general-mayor Füzuli Əsədov bu ilin iyun, general-mayor Hikmət Abbasov bu ilin sentyabr ayında vəzifələrindən azad olunublar.

Bir neçə gün sonra isə FHN-nin Maddi-Texniki Təchizat İdarəsinin rəis vəzifəsində çalışmış Amal Teymurov tutduğu vəzifəsindən azad edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=126298