“Hökumət üzvləri elə gözəl danışır ki, deyirəm bəlkə Yaponiyada yaşayıram?” – Deputatbackend

Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında uşaqpulu məsələsinə toxunub.

Busaat.az xəbər verir ki, deputat növbəti ildə bu məsələyə baxılmasını tövsiyə edib.

“Hökumət üzvlərimizi hər zaman dinləyirəm. O qədər gözəl danışırlar ki, deyirəm bəlkə Yaponiyada yaşayıram?! Aylarla ət üzünə həsrət qalan, palçığa batan adamla yaşayasan ki, gərək onları başa düşəsən. Görünür, belə olmasa bunu başa da düşə bilməyəcəyik”.

Milli Məclisin sədri Sahibə Qafarova isə deputata cavab olaraq bildirib ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iclasda iştirak edir: “Hesab edirəm ki, uşaqpulu ilə bağlı sualınıza cavab tapacaqsınız”.