Hüseynbala Mirələmov YAP-dan çıxarıldı

image-huseyn-1backend

Sabiq deputat, qeyri-etik videoyla gündəmə gələn Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasından çıxarılıb.

Busaat.az xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin bu gün keçirilən iclasında qərar verilib.

İclasda həmçinin onun Xətai rayon Təşkilatının sədrliyindən çıxarılması da qərara alınıb.

Qeyd edək ki, H. Mirələmov təmsil olunduğu partiyanın Veteranlar Şurasının üzvlüyündən də xaric edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki