Hüseynlə Aqşin Azərbaycana təhvil verildi

image-esirlerbackend

Azərbaycan və Ermənistan arasında əsir mübadiləsi həyata keçirilib.

Busaat.az xəbər verir ki, hər iki tərəf qarşılıqlı şəkildə 34 əsiri təhvil verib.

Mübadilə Qazax rayonu Bala Cəfərli kəndi ərazisindən keçən sərhəd xəttində baş tutub.

Azərbaycan erməniəsilli 32 şəxsi, Ermənistan isə iki hərbçimizi – Hüseyn Axundov və Aqşin Bəbirovu əsirlikdən xilas edib.

“Qafqazinfo”nun əməkdaşları mübadilə gerçəkləşən əraziyə ezam olunublar.

Xatırladaq ki, Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Ermənistana qaytarılması nəzərdə tutulan 32 nəfər (26 nəfər 2020-ci ilin dekabrında Hadrut istiqamətində keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxslər, qalan 6 nəfər müxtəlif vaxtlarda sərhəddə saxlanılmış şəxslər) artıq cəzalarının böyük hissəsini çəkiblər.

Otuz iki nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki