İbrahim Kalın və ABŞ-ın milli təhlükəsizlik müşaviri arasında vacib DANIŞIQ

image-kalin1backend

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan ilə telefon danışığı aparıb.

Busaat.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatı açıqlamaya yayıb.

Açıqlamaya görə, görüşdə ikitərəfli siyasi və iqtisadi əlaqələr, müdafiə sənayesində əməkdaşlıq, Rusiya-Ukrayna müharibəsi, Şərqi Aralıq dənizi, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesləri, Suriya, İraq məsələləri və terrorizmlə mübarizə müzakirə edilib.

G20 çərçivəsində Balidə liderlər səviyyəsində keçirilən görüşdən məmnunluq ifadə edilərək, qlobal və regional məsələlər üzrə dialoq və məsləhətləşmələrin davam etdirilməsi razılaşdırılıb.

İki NATO müttəfiqi olaraq Türkiyə və ABŞ-ın strateji prioritetlərə və ortaq maraqlara diqqət yetirməli olduğu bildirilən görüşdə müdafiə sənayesi sahəsində davamlı əməkdaşlığın vacibliyi vurğulanıb.

Görüşdə F-16-lar da müzakirə edilib.

Görüşdə ABŞ Konqresinin F-16 tədarükü və modernizasiya tələbinin təsdiqləmə prosesinin qeyd-şərtsiz tamamlanması ilə bağlı Türkiyənin gözləntiləri də çatdırılıb.

Ukrayna müharibəsinin uzanması və genişlənməsinin qlobal miqyasda böhranı daha da dərinləşdirdiyi, müharibəyə son qoyulmalı olduğu və danışıqlar masasına geri dönülməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, Türkiyə əsir mübadiləsi və taxıl sazişi də daxil olmaqla, atəşkəsə zəmin yarada biləcək diplomatik təşəbbüslərini qətiyyətlə davam etdirir.

Türkiyənin Suriya və İraqdakı əməliyyatlarında milli təhlükəsizliyə təhdid yaradan PKK/PYD/YPG terror təşkilatlarının hədəf alındığı vurğulanıb. Terror hücumlarına məruz qalan Türkiyənin BMT Konvensiyasının 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ olduğu xatırladılıb. Türkiyənin hər cür terror təhdidlərini aradan qaldırmaq əzmində olduğu vurğulanıb.

Finlandiya və İsveçin əldə etdiyi irəliləyişdən məmnunluq ifadə edilərək, Üçtərəfli Sazişdəki bütün öhdəliklərin yerinə yetirilməli olduğu da qeyd edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90