“İcarəyə verilən kənd təsərrüfatı torpaqlarına dair məlumatlar gizlədilir” – İqtisadçı

image-nazirlikbackend

“Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətində qeyri-şəffaflıq və hesabatsızlıq hökm sürür”.

Busaat.az xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi səlahiyyətinin hələlik Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilməsinə münasibət bildirən iqtisadçı Rövşən Ağayev bildirib.

İqtisadçının sözlərinə görə, kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi səlahiyyətinin Kənd Təsərrüfatı Nazirliyinə verilməsi haqlı narahatlıqlara yol açır:

“Bu sahədə indiyə qədər tamamilə qeyri-şəffaf münasibətlər sistemi mövcud olub. Ölkənin rayonları üzrə icarəyə verilən kənd təsərrüfatı torpaqlarının ümumi sahəsi, keyfiyyətə görə bölgüsü, icarəyə götürən subyektlərin adları, ödənilən icarə haqlarının həcmi, müqavilə müddətinə görə müqavilələrin sayı tam qapalı saxlanıb. Bu gün bu məlumatları əldə edəcək heç bir açıq mənbə yoxdur. Halbuki hər bir rayon icra hakimiyyətinin saytında şəffaf siyahılarla bütün bu parametrlər üzrə hər il hesabatlar açıqlamaq olardı. Amma kimsə buna ehtiyac duymayıb.

Qeyri-şəffaflıq və hesabatsızlıq bununla bitməyib. Torpaqlar açıq hərrac və müsabiqlər vasitəsilə icarəyə verilməli olduğu halda, ortada icarədarların rəqabət şərtləri əsasında torpaq üzərində icarə hüquqları qazanmasına dair faktlar yoxdur. 100 minlərlə hektar dövlət torpaqları icarədədir, amma hər il büdcə bu mənbədən 3-5 milyon əldə edib. İşğaldan azad edilmiş ərazilərdə də bu təcrübənin davam etdirilib-etdirilməyəcəyi sual doğurur”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90