İCC-nin Putini həbs etmək qərarı haqlı qərardır – Bayden

İCC-nin Putini həbs etmək qərarı haqlı qərardır – Baydenbackend

ABŞ prezidenti Co Bayden Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Rusiya prezidenti Vladimir Putinlə bağlı çıxardığı qərarı haqlı hesab edib.

Busaat.az xəbər verir ki, Bayden Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.

Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Rusiya prezidenti Vladimir Putinin həbsinə dair qərarı ilə bağlı Bayden deyib: “Düşünürəm ki, bu, ədalətli qərardır. Amma problem burasındadır ki, ICC beynəlxalq miqyasda bizim tərəfimizdən tanınmır”.

Bayden qərarın mühüm bir məqama toxunduğunu ifadə edərək, Putinin Ukraynada hərbi cinayətlər edib-etməməsi ilə bağlı suala, “Açıq şəkildə hərbi cinayətlər törədib”, – deyə cavab verib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90