Məzmuna keç
  • Azeri Light98.41 $▲0.81%
  • Brent neft88.35 $▼1.89%
  • WTI neft81.67 $▼1.59%
  • Avropa qazı (TTF)86.41 €▲2.31%
  • Təbii qaz (ABŞ)3.587 $▲11.02%
  • Qızıl3 591 $▲1.64%
  • Gümüş42.53 $▲2.83%
  • Pambıq79.55 ¢▼0.55%
  • Buğda594.75 ¢▲0.42%
  • Bitcoin61 756 $▼0.25%
  • Ethereum1 749 $▼0.37%
  • S&P 5007 176▼2.00%
18°Bakı
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035
  • USD1.7000
  • EUR1.8666▲0.0029
  • 100 RUB2.0737▲0.0107
  • GBP2.2283▼0.0042
  • TRY0.0336▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0002
  • GEL0.6564
  • 100 KZT0.3777▼0.0049
  • UAH0.0378▲0.0001
  • 100 JPY1.0682▲0.0029
  • CHF2.0186▲0.0035

İcra başçılarından götürülən pullar hara gedir? - AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İmişli rayonunun keçmiş icra başçısı Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun evində aparılan axtarış zamanı külli miqdarda pul vəsaitləri aşkar olunub. İcitmaiyyətə ötürülən bu görüntülər rezonans doğurmaqla bərabər geniş müzakirələrə və suallara yol açıb.

Suallardan biri keçmiş icra başçsının ələ keçirdiyi milyonlarla vəsaitin gələcək aqibəti ilə bağlıdır. Korrupsiya, mənimsəmə, rüşvətlə əldə olunduğu qeyd olunan pulların müsadirəsi, dövlətə qaytarılması necə həyata keçirilir?

Hüquq və İctimai İnkişaf Birliyinin rəhbəri, hüquqşünas Hafiz Həsənov “AzPolitika.info”-ya şərhində bildirib ki, məmur həbslərində aşkar edilən pullar mənimsəmə, rüşvət alma və digər vəzifə cinayətləri ilə əldə edilmiş vəsaitlər hesab edilir. Cinayət əməli ilə əldə edilmiş bu vəsaitlər müsadirə edilərək dövlət büdcəsinə qaytarılır.

Tanınmış iqtisadçı ekspert Rövşən Ağayev isə qeyd edib ki, büdcə təsnifatının gəlirlər hissəsində belə bir maddə var: “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçmiş əmlakın və dəfinələrin satışından daxilolmalar”. Ekspert vurğulayıb ki, təcrübədə hələ ki, bu hal baş verməyib.

Xatırladaq ki, dövlət nəzarət orqanları – Hesablama Palatası, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti açıqladıqları hesabatlarda yerli icra strukturlarının müxtəlif yollarla təyinatından yayındırılan büdcə vəsaitlərinin qaytarıldığı barədə məlumat verirlər. Hesablama Palatasının 2019-cu ili əhatə edən audit hesabatında korrupsiya yolu ilə ələ keçirilmiş 70 milyon manatdan artıq vəsaitin 21 milyon manatının büdcəyə ödənilməsinin təmin edildiyi bildirilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=9422