Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.89 $▲5.04%
  • WTI neft88.82 $▲4.16%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.341 $▲2.23%
  • Qızıl3 884 $▼2.44%
  • Gümüş50.03 $▼2.72%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda582.50 ¢▼3.16%
  • Bitcoin71 447 $▼3.36%
  • Ethereum2 007 $▼2.27%
  • S&P 5007 599▼0.24%
11°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Gündəm

“İcra başçısı 200 nəfərin kartını mənimsəyib” — VİDEO

image-quba-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qubanın İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev 200 nəfərin adını işə yazdırıb və kartlarını özü götürüb.

Busaat.az xəbər verir ki, bu iddia ilə Xaçmazda yaşayan müstəqil jurnalist Cəmil Məmmədli çıxış edib.

Jurnalist bildirib ki, icra başçısı rayon barədə araşdırma apardığını biləndən ona qarşı müxtəlif üsullarla təzyiqlər göstərir:

“Mən rayonla bağlı böyük araşdırma filmi hazırlayıram. Filmdə icra başçısının törətdiyi qanun pozuntuları faktlarla əks olunub. Rayona ötən il 525 kvota ayrılıb. İcra başçısı Qubada olan 31 icra nümayəndəsini çağırıb, tapşırıb ki, 200 nəfər “səsi çıxmayan”, fağır adam tapsınlar. Onlar da tapıb.

İcra başçısı fevral, mart, aprel aylarında 200 nəfərin kartına yatırılmış 250 manatı cibinə qoyub. O məbləğdən yalnız məmurlardan birinin Qubadakı villasının işıq pulunu ödəyib, vəssalam. May ayında Prezident Administrasiyasının səlahiyyətli şəxslərindən biri Qubaya gələrək, qanunsuz əməllərə son qoymağı, məsələlərin ciddi araşdırıldığını deyib və kart məsələsinə də toxunub. Bu iclasdan sonra – mayın 8-10-u arası həmin 200 nəfərin hamısı “işdən” çıxarılıb. Mən bunu araşdırmışam, əlimdə sübutlarım var. Təkcə kart məsələsini araşdırmamışam, həm də icra başçısının bələdiyyə sədrlərini, icra nümayəndələrini neçəyə təyin etdiyi, başqa qanunsuz əməllərini araşdırmışam. Onun mənə qarşı təzyiqlərinin heç bir əhəmiyyəti olamyacaq”.

Cəmil Məmmədli qarşılaşdığı təzyiqlərlə bağlı video müraciət də hazırlayıb.

Həmin materialı “Bakupost.az” saytına istinadla təqdim edirik:

https://youtu.be/kisgZE7Bn8w

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=36962