Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft94.35 $▼0.97%
  • WTI neft87.46 $▼1.00%
  • Avropa qazı (TTF)86.07 €▼5.37%
  • Təbii qaz (ABŞ)3.163 $▲0.16%
  • Qızıl3 873 $▲0.08%
  • Gümüş47.60 $▲0.59%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda590.25 ¢▲0.60%
  • Bitcoin64 140 $▼1.80%
  • Ethereum1 799 $▼1.93%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Gündəm

İctimai nəqliyyat həftəsonu yalnız bu şəxslərə xidmət edəcək

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Təhsil Nazirliyi həftəsonları ictimai nəqliyyatın fəaliyyət göstərmədiyini nəzərə alaraq müvafiq qurumlarla birgə məktəblərdə əyani tədrisə dəstək üçün yeni layihəyə start verir.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilir ki, xüsusi karantin rejimi dövründə Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərində şagird sıxlığının səmərəli tənzimlənməsi məqsədilə bir sıra dövlət ümumtəhsil müəssisəsində altı günlük dərs həftəsi tətbiq olunur. Layihə çərçivəsində Bakı Nəqliyyat Agentliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 10 oktyabr tarixindən etibarən seçilmiş istiqamətlərdə şənbə günləri ictimai nəqliyyatın hərəkəti təmin olunacaq.

İlk dəfə pilot qaydada təşkil ediləcək xüsusi marşrutlar üzrə avtobuslardan yalnız məktəb tərəfindən arayış verilən müəllim, şagird və valideynlər istifadə edə biləcəklər. Valideynlər və müəllimlər oktyabrın 9-dan müvafiq təhsil müəssisələrinə müraciət etməklə arayışı əldə edə bilərlər.
Növbəti həftələrdə layihənin əhatə dairəsinin genişləndirilməsi davam edəcək.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=20707