Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft92.63 $▲0.21%
  • WTI neft86.42 $▼0.25%
  • Avropa qazı (TTF)87.22 €▲2.67%
  • Təbii qaz (ABŞ)3.245 $▼1.40%
  • Qızıl3 994 $▼1.47%
  • Gümüş51.68 $▼1.60%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda600.75 ¢▲1.14%
  • Bitcoin74 444 $▲1.01%
  • Ethereum2 078 $▲1.33%
  • S&P 5007 619▲1.29%
10°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Son dəqiqə

İdman zallarında məşq edənlərin NƏZƏRİNƏ - qəfil infarkta bunlar səbəb olur

image-_109450613_mediaitem109450612
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Son zamanlar idman zallarında qəfil ürək ölümü və infarkt hallarının artması ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Məsələnin kökündə bir neçə amil dayanır. Əvvəla, gizli ürək-damar xəstəlikləri bu halların əsas səbəblərindəndir”.

Busaataz xəbər verir ki, bunu Milli Məclisin deputatı, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, bəzən gənc yaşlarda heç bir şikayəti olmayan şəxslərdə belə anadangəlmə ürək qüsurları və ya ritm pozğunluqları mövcud olur: “Ağır fiziki yüklənmə zamanı bu gizli problemlər qəfil ölüm riskini artırır. Daha yuxarı yaş qruplarında isə damarların tutulması, yüksək təzyiq və şəkərli diabet kimi risk faktorları ön plana çıxır.

İkinci mühüm amil isə enerji içkiləri və idman əlavələridir. Bu məhsulların tərkibində yüksək miqdarda kofein, taurin və stimulyator təsirli maddələr olur. Onların istifadəsi ürək döyüntülərini sürətləndirir, təzyiqi qaldırır və aritmiyaların yaranmasına zəmin yaradır. Ağır məşqlə birlikdə qəbul edildikdə bu içkilər qəfil infarkt və ürək dayanması riskini artırır.

Üçüncü mühüm faktor həyat tərzində qəfil dəyişiklikdir. Uzun müddət passiv həyat sürən, az hərəkət edən və ya zərərli vərdişlərə malik şəxslərin birdən-birə intensiv idmana başlaması bəzən faciəvi nəticələr doğura bilir. Orqanizm alışmadığı yüklə üzləşir, damarlarda mövcud, lakin sakit qalan aterosklerotik yığıntılar qoparaq damar tutulmasına səbəb ola bilir. Bu isə qəfil infarkt və ya ölüm riskini yüksəldir”.

R. Mahmudov bildirib ki, bütün bunların qarşısını almaq üçün bir neçə vacib qaydaya əməl etmək azımdır: “İdmanla məşğul olmadan öncə ürək müayinəsindən keçmək (EKQ, exokardioqrafiya, lazım gələrsə, stress-test).

Enerji içkiləri və mənşəyi məlum olmayan əlavələrdən uzaq durmaq.

İdman yükünü tədricən artırmaq, birdən-birə ağır məşqlərə başlamamaq.

Şəxsi sağlamlıq vəziyyətinə uyğun fərdi idman proqramı seçmək.

Nəticə olaraq, idman sağlamlıq üçündür, amma yanlış yanaşma ilə qəfil təhlükəyə çevrilə bilər. Sağlam həyat tərzinə keçid mütləq tədrici, nəzarətli və şüurlu şəkildə olmalıdır”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=173191