Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft91.81 $▼3.63%
  • WTI neft85.22 $▼3.53%
  • Avropa qazı (TTF)84.05 €▼7.59%
  • Təbii qaz (ABŞ)3.104 $▼1.71%
  • Qızıl3 875 $▲0.12%
  • Gümüş47.45 $▲0.26%
  • Pambıq81.31 ¢▲2.99%
  • Buğda602.00 ¢▲2.60%
  • Bitcoin64 699 $▼0.24%
  • Ethereum1 825 $▲0.30%
  • S&P 5007 417▼1.91%
8°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Siyasət

İƏT Komissiyası Azərbaycanın azad edilmiş əraziləri ilə bağlı hesabat hazırlayacaq

image-islam-emekdasliq-teskilat2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) Azərbaycanın azad edilmiş əraziləri ilə bağlı hesabat hazırlayacaq.

Busaat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladovun ölkədə səfərdə olan İƏT nümayəndə heyəti ilə görüşü zamanı bildirilib.

S.Poladov ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi, həmin problemin insan həyatına qarşı törətdiyi ciddi təhdid, ərazilərin bərpa və yenidənqurulması işlərinə yaratdığı maneələr, eləcə də mina təhlükəsi ilə mübarizə istiqamətində icra edilən fəaliyyət barədə qarşı tərəfə məlumat verib.

Nümayəndə heyəti Gəncə şəhərinə səfərləri zamanı Vətən müharibəsi dövründə düşmən tərəfindən raket hücumlarına məruz qalmış yaşayış ərazisinə baş çəkdiklərini, gördüklərindən dəhşətə gəldiklərini ifadə ediblər. Habelə səfər çərçivəsində Ağdam və Füzuli rayonlarında dini, mədəni və tarixi abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması, əsasən mülki təyinatlı ərazilərin minalarla ciddi şəkildə çirkləndirilməsinin şahidi olduqlarını bildiriblər.

Onlar, həmçinin işğaldan azad edilmiş ərazilərdə əldə etdikləri faktlara dair müvafiq hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsi niyyətində olduqlarını qeyd ediblər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=120637