Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.67 $▲4.80%
  • WTI neft88.38 $▲3.65%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.339 $▲2.17%
  • Qızıl3 918 $▼1.58%
  • Gümüş50.21 $▼2.37%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda590.75 ¢▼1.79%
  • Bitcoin68 770 $▼3.47%
  • Ethereum1 927 $▼4.23%
  • S&P 5007 592▼0.33%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Siyasət

İlham Əliyev Ərdoğanla görüşdü - Fotolar

image-15
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Prezidenti İlham Əliyevin martın 15-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü başlayıb.

Busaat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

***

Ankaradakı Prezident Sarayında İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdiriblər.

***

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Fövqəladə Zirvə görüşünün məhz Türkiyədə keçirilməsi təşəbbüsünün Azərbaycan Prezidentinə aid olduğunu deyən Türkiyə dövlətinin başçısı bu təşəbbüsə görə təşəkkürünü bildirib.

Türk Dövlətləri Təşkilatının bu formatda keçirilən sammitlərinin əhəmiyyəti qeyd edilib, Zirvə görüşünün Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması mövzusuna həsr olunmasının önəmi vurğulanıb.

Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra ölkəmizin göstərdiyi qardaşlıq dəstəyini və nümayiş etdirdiyi həmrəyliyi bir daha minnətdarlıqla xatırladıb. Türkiyə Prezidenti Azərbaycandan olan xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində səylərini, həmçinin təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün ölkəmizin humanitar yardımlarını qeyd edib.

Zəlzələ ilə bağlı bir daha başsağlığını çatdıran Prezident İlham Əliyev təbii fəlakətin Azərbaycan xalqını dərindən sarsıtdığını deyib.

Görüşdə ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, siyasi, iqtisadi, ticarət, enerji, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və regional məsələlər müzakirə olunub.

Həmçinin söhbət zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.


MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=104038