Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və onlarla birlikdə şəhərdə aparılan tikinti işləri ilə tanış olub.
Busaat.az xəbər verir ki, sonra dövlətimizin başçısı və Xocalı rayon ictimaiyyətinin nümayəndələri Xankəndi şəhərində olublar.
***13:12
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Xocalı rayonunda Xocalı soyqırımı memorialının təməlini qoyub.
Busaat.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, dövlət başçısı eyni zamanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.