Türkiyə millisinin sabiq futbolçusu İlhan Mansız azərbaycanlı xanımla evlənib.
BUSAAT.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Leyla adlı qadınla ailə həyatı qurub.
Cütlük xəbəri sosial şəbəkə hesablarında paylaşıblar. Bundan başqa, onlar iki həftə əvvəl uşaqlarının olacağını da öyrəndiklərini bildiriblər.
Onların nikah mərasimi ABŞ-də baş tutub.
Məlumata görə, İlhan Mansızla Leylanın tanışlığı iki il əvvələ təsadüf edir.
Qeyd edək ki, İlhan Mansız daha öncə almaniyalı Nina Ritterlə ailəli olub. Onun bu izdivacdan bir qızı var.