İndoneziyada 5,6 bal gücündə zəlzələ – 46 nəfər həyatını itirdi

image-452614backend

İndoneziyanın Qərbi Yava əyalətində baş verən 5,6 bal gücündəki zəlzələ nəticəsində azı 46 nəfərin öldüyü bildirilir.

Busaat.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) Ciranjanq şəhərindən 18 kilometr cənub-qərbdə baş verən 5,6 bal gücündə zəlzələnin 10 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb.

Hökumət rəsmisi indiyədək zəlzələ nəticəsində 46 nəfərin həyatını itirdiyini, 700 nəfərin isə yaralandığını bildirib.

Paytaxt Cakartada bir neçə saniyəlik sarsıntıya səbəb olduğu qeyd edilən zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90