İndoneziyada vulkan xəbərdarlığı: 2000 nəfər təxliyə edildi

image-endonezya-reuters_16_9_1670178809backend

İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı aktivləşdikdən sonra ətraf kəndlərdə yaşayan 2000-ə yaxın insan təxliyə edilib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı İndoneziya Milli Fəlakət İdarəsi Agentliyi (BNPB) yayıb.

Məlumata görə, Semeru vulkanı ətrafındakı kəndlərdə yaşayan uşaqlar və qocalar da daxil olmaqla 1969 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.

Yaxınlıqdakı 6 kəndin təsirləndiyi, lakin xəsarət alan olmadığı bildirilib. İndoneziya Nəqliyyat Nazirliyindən verilən açıqlamada, vulkanın yaratdığı kül və tüstünün hava nəqliyyatında hər hansı bir durğunluğa səbəb olmadığı, lakin bölgədəki hava limanlarında diqqətli olunması lazım olduğu bildirilib.

Qeyd edək ki, 4 dekabr 2021-ci ildə Semeru vulkanının püskürməsi nəticəsində 51 nəfər həlak olub.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90