Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 047 $▼1.72%
  • Ethereum1 898 $▼1.54%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

İndoneziya sosial media platformalarından satışı qadağan etdi

image-sosial-media
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İndoneziyanın ticarət naziri Zülkifli Həsən sosial media platformalarında satışın qadağan edildiyini açıqlayıb.

Busaat.az xəbər verir ki, bu barədə Tech in Asia məlumat yayıb.

Mənbə bildirib ki, nazir paytaxt Cakartada keçirdiyi mətbuat konfransında sosial media platformalarında satışı qadağan etdiklərini və sözügedən qaydalara əməl etmək üçün bir həftə vaxt verildiyini deyib.

Hökumətin üzbəüz satış edən müəssisələri qorumağı hədəflədiyini qeyd edən Həsən bu qərarla ədalətli və dürüst rəqabət təmin etməyə çalışdıqlarını vurğulayıb.

Nazir Həsən bazar ertəsi verdiyi açıqlamada qeyd edib ki, sosial media və e-ticarət bir-birindən ayrılmalı və şəxsi məlumatların kommersiya məqsədləri üçün istifadəsinin qarşısı alınmalıdır.

Qeyd olunur ki, sosial media platformalarında satış qadağasının ən çox TikTok-a təsir edəcəyi gözlənilir.

TikTok-un Cənub-Şərqi Asiyada 325 milyon aylıq aktiv istifadəçisi olduğu, bunun 125 milyonunun İndoneziyada olduğu bildirilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=123502