FİFA-nın prezidenti Canni İnfantino “Neftçi” Peşəkar Futbol Klubunu Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümünün qalibi olması münasibətilə təbrik edib.
Busaat.az AFFA-nın saytına istinadən xəbər verir ki, bununla bağlı o, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb. İnfantino təbrikini və xoş sözlərini bu işdə əməyi olan hər kəsə çatdırılmasını xahiş edib.