“Neftçi” Boris Xetaqurovu təbrik etdi

image-boris-xetaqurovbackend

“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov 83 yaşını qeyd edən “ağ-qaralar”ın canlı əfsanəsi, Azərbaycanın əməkdar həkimi Boris Xetaqurovu doğum günü münasibətilə təbrik edib.

Busaat.az məlumatına görə, səbəbkara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi verib. Dəvətə görə baş icraçı direktora təşəkkürünü bildirən Xetaqurov isə uzun illər saxladığı “Neftçi” talismanını Mahmudova hədiyyə edib, yeni vəzifəsində ona və yeni mövsümdə komandaya uğurlar arzulayıb.

Qeyd edək ki, Boris Xetaqurov 1965-2003 və 2011-2015-ci illərdə “Neftçi”də çalışıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90