Azərbaycan Premyer Liqasının V turunun “Sumqayıt”a (1:0) qarşı səfər oyunu “Neftçi”nin kapitanı Emin Mahmudov üçün ikiqat əlamətdar olub.
Busaat.az xəbər verir ki, təcrübəli futbolçu assist etdiyi görüşdə 200-cü dəfə ağ-qara formanı geyinib.
E.Mahmudov Premyer Liqada 158 (38 qol), Azərbaycan Kubokunda 17 (4 qol), avrokuboklarda isə 25 (9 qol) dəfə “Neftçi”nin formasını geyinib.